Bu gün səhər saatlarından İlhamə Quliyevanın evinə tanınmışların axını başlayıb.
Teleaparıcı Lamiyə Ələkbərli onunla sonuncu danışığını heç vaxt unutmayacağını deyib: “İndicə ordan çıxdım. Üzünü artıq örtüblər. İlhamə Quliyeva ürək çatızmazlığından dünyasını dəyişib. Axırıncı dəfə mənimlə danışıb, yəqin bir ömür boyu onun səsi yadımdan çıxmayacaq. Həmişə deyirdi ki, öləndə qırmızı örtərsiniz üstümə, anamın yanında basdırarsınız. Köməkçisi sakitləşdirici dərmanı verib, ondan sonra xırıldayıb. Həkimlər gələnə qədər keçinib”.
Rəqsanə