Yaxın günlərdə Çindən bal ayından qayıdan meyxanaçı Namiq Qaraçuxurlu yaradıcılıq planlarından danışıb.
O, Teleqraf.com-a bildirib ki, hazırda yeni mahnı üzərində işləyir: “Yeni bir mahnım var. Onun üzərində işləyirəm. Mahnıya klip də çəkdirməyi düşünürəm”.
N.Qaraçuxurlu biznes fəaliyyətindən də danışıb: “Biznesin üzərində işləyirik, amma biznes fəaliyyətimin davam edəcəyinə tam qərar verməmişəm. Çinə səfərimə gəlincə səyahətim, bal ayım gözəl keçdi”.
Meyxanaçı rəqqasə Oksana Rəsulova ilə sevgili olmasına da münasibət bildirib: “Oksana ilə dostluq münasibətimiz var idi və həmişə də dost olmuşuq. Dedi-qodulara görə münasibətimiz pozulmuşdu”.
Rəqsanə
Fotolar: Rəşad Abbasov