“Evdə sözü keçən insan həyat yoldaşımdır”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Hər şey daxil” verilişində aktrisa Tünzalə Əliyeva deyib: “Hətta qayınatam nəsə desə belə həyat yoldaşım razı olmasa, sözünü yerə salmaq məcburiyyətində oluram. Deyirəm ki, üzr istəyirəm, amma yoldaşım icazə vermir. Qayınatama da hörmət edirəm, amma evdə sözü keçə biləcək insan həyat yoldaşımdır. Ailəmizdə ilk və son sözü həyat yoldaşım deyir. Ailəni qorumaq istəyirsənsə, elə də olmalıdır”.
Rəqsanə