Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı Rusiyanın “Гостиный двор” VIII Beynəlxalq Teatr Festivalında iştirak edəcək.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, may ayının 27-dən iyunun 2-dək davam edəcək festivalında teatr L.Nurenin “Mən gəldim, qızlar” (“Müharibə”) tamaşası ilə təmsil olunacaq.
Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.
Rolları əməkdar artistlər Qurban İsmayılov, Kəmalə Hüseynova, aktyorlar Rasim Cəfər, Zümrüd Quliyeva, Səbinə Məmmədova ifa edirlər.
Nərmin