11 Sentyabr 2017 23:12
1 256
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yeni zelandiyalı proqramçı Mark Saqar qızının insanların sorğularına cavab verən 3D modelini yaradıb.

Teleqraf.com xəbər verir ki, karyerasına bədən üzvlərinin modelləşdirilməsi ilə başlayan, "Kinq-Konq" və "Avatar" kimi filmlər üçün xüsusi qrafika hazırlayan Saqar hazırda süni intellekti "insanlaşdırmağa" çalışır.

"Biz yalnız özü üçün öyrənən yox, həm də dünya ilə qarşılıqlı təsirdə olan sistem yaratmaq niyyətindəyik. Buna görə də mən insan şüurunun kompüter modelinin yaradılması tapşırığını həll etməyə çalışdım", - deyə Saqar bildirib.

"BabyX" layihəsinin əsasında məhz bu ideya dayanır. Proqramçı "BabyX"-in yaradılması üçün 18 aylıq qızının fotoşəkillərindən istifadə edib. Layihənin ilk mərhələsində yalnız kompüterdə mövcud olan virtual uşaq artıq yanında olan insanların hərəkətlərinə reaksiya verə bilib.

Daha sonra Saqar modelini təkmilləşdirib. Yalnız başdan ibarət olan 3D-model artıq bədənə də malikdir. Virtual uşaq kresloda əyləşərək fortepianoda ifa edə bilir.

İdeyalarını gerçəkləşdirmək üçün "Soul Machines" şirkətini yaradan Mark Saqar "BabyX"-i daha da təkmilləşdirməyi planlaşdırır.


Müəllif: Könül

Oxşar xəbərlər