6 Dekabr 2017 19:35
2 297
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyalı evtanaziya tərəfdarı, həkim Filip Nitşke hollandiyalı mühəndis Aleksandr Banniklə müştərək ağır xəstələrin tez və ağrısız ölməsi üçün Sarko adlı maşın-kapsul hazırlayıb.

Teleqraf.com xəbər verir ki, sözügedən qurğu 3D printerdə hazırlanır. Qurğu maye azot çənlərindən və dəyişdirilən kapsullardan ibarətdir. Ölümcül xəstə aparata yerləşdirilir, dördrəqəmli aktivləşdirmə şifrəsi yığılır, bundan sonra maye azot kapsulun içinə dolmağa başlayır və bununla paralel kapsuldakı oksigenin miqdarı azaldılır. Ölüm oksigen çatışmazlığından sonra gəlir.

“Ölmə 5 dəqiqədən az vaxt alır. Azotu qanuni yollarla satışdan əldə etmək olur. Ölüm prosedurundan sonra müştəri elə bu kapsuldaca dəfn edilə bilər”, - Nitşke deyir. O, hesab edir ki, ölüm hər bir insanın könüllü qərarından asılıdır. Bununla belə o bildirib ki, ölüm maşınında bir xoflanma düyməsi də var ki, son anda fikrindən daşınan insan bundan istifadə edərək prosesi dayandıra bilər:

“Kapsulda düyməni basan kimi açılıb içərini oksigenlə təmin edən qəza pəncəsəri var. Bununla da ölümdən qurtulmuş olursunuz”.

Qeyd edək ki, yeni texnologiyadan İsveçrədə evtanaziyaya icazəsi olan 50-dən çox klinika istifadə edir.


Müəllif: Alpər

Oxşar xəbərlər