23 Fevral 2018 08:31
1 974
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Volvo" şirkəti yeni nəsil V60 universalını təqdim edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, beşqapılı, orta ölçülü və ailə avtomobili sayılan V60 gündəlik istifadə üçün də ən uyğun model hesab olunur. V60-ın iki elektrik hibrid motora malik olduğu vurğulanır.

Model yeni baş optikaya və ikinci nəsil XC60 krossoverinin üslubunda radiator barmaqlığına sahibdir, 130 km / s qədər sükan, sürətləndirici və əyləc dəstəyi təmin olunub. Volvo V60 – İsveç kompaniyasının cərgəsində ən dinamik universaldır. V60-ın tənzimləmələrindən tamamilə avtomatik əyləc funksiyası olan, piyadanın keçməsini xəbər verən sistem sifariş vermək olar. V60 XC60-dan 117 milimetr daha uzundur. Bu isə universalın daha çox baqaj təklif edəcəyini göstərir. Sürücü informasiya və əyləncə sistemi Sensus, Apple CarPlay, Android və 4G ilə təmin olunacaq. Sistem naviqasiya xüsusiyyətləri, əlaqə xidmətləri və digər əyləncə proqramları ilə birgə tabletə bənzər sensor ekran vasitəsilə idarə ediləcək.


Müəllif: Kəmalə

Oxşar xəbərlər