9 İyul 2018 22:27
2 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Alimlər adi zülaldan istifadə edərək, süd vəzisi xərçəngini müalicə edə bilərlər.

Teleqraf.com-un life.ru-ya istinadən xəbərinə görə, ekstrogen (qadın hormonu) sağlam hüceyrələrin böyüməsinin əsas elemetidir. Lakin onların aktivliyinin normadan çox olması xərçəng hüceyrələrinin inkişafının və bəd xassəli şişlərin yaranmasının əsas səbəblərindən biridir.

Neqativ ssenrainin qarşısını almaq üçün alimlər xüsusi fibronektin zülalını təqib edən yeni dərman preparatı hazırlayırlar.

Buenos-Ayres Universitetinin alimləri müəyyən ediblər ki, zülal və xərçəng hüceyrələrinin qarşılaşması zamanı ekstrogenin səviyyəsi nəzərəçarpacaq dərəcdə artıb. Bu cür nəticələrdən sığortalanmaq üçün hazırlanacaq dərman fibronektinin sintezi və ekstrogenin səviyyəsini normada saxalamğa imkan verəcək. Nəticədə xərçəngə tutulan hüceyrələrin qidalanmasının qarşısı alınacaq və onların kimya terapiyası ilə zərərsizləşdirilməsini asanlaşdıracaq.


Müəllif: Nahid

Oxşar xəbərlər