18 İyul 2018 19:49
2 707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikanın Brüqqe şəhərinin sakini olan 8 yaşlı Louran Simon 1,5 ilə məktəbi bitirib.

Teleqraf.com xəbər verir ki, məktəbi uğurla yekunlaşdıran Simon tətil bitdikdən sonra universitetə qəbul olmağa hazırlaşır.

Artıq Avropanın bir çox prestijli universitetləri ağıllı oğlanı qəbul etməyə hazır olduqlarını bildiriblər.

Onun IQ-sünün 145 ball olduğu deyilir.

Mütəxəssislər fikrincə, illər keçdikcə Simonun intellekti artaraq Albert Enşteyn və Stiven Hokinqə çatacaq.

Simon jurnalistlərə açıqlamasında gələcəkdə kosmonavt, cərrah yaxud proqramçı olmaq istədiyini bildirib. Onun sevimli fənni riyaziyyatdır. Balaca vunderkind eyni zamanda tibb və rəqəmsal texnologiya ilə də maraqlandığını söyləyib. O, bütün boş vaxtını təhsilə, oxumağa və ya şahmat oynamağa sərf edir.


Müəllif: Ruslan

Oxşar xəbərlər