26 İyul 2018 07:18
1 326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə milyard il əvvəl Ayda canlı orqanizm ola bilərdi.

Teleqraf.com xəbər verir ki, Vaşinqton və London universitetinin alimləri belə bir nəticəyə gəliblər.

Onların fikrincə, Ayda primitiv orqanizmlərin yaşaması üçün münasib şərait onun formalaşmağa başladığı müddətdə (4 milyard il əvvəl) və vulkanik proseslərin aktiv olduğu vaxta (3,5 milyard il əvvəl) mövcud olub.

Həmin dövrdə Ayın mərkəzindən kifayət qədər qızmar qaz və su buxarı çıxıb. Bunun sayəsində peykin səthində göl, milyonlarla il davam edəcək kifayət qədər sıx mühit yarana bilərdi.

Bu nəticələrə son kosmik missiyanın nümunələrinin təhlili zamanı gəlinib. Müəyyən edilib ki, Ayda su hesab olunandan daha çoxdur.


Müəllif: Ruslan

Oxşar xəbərlər