27 İyul 2018 07:18
1 475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Marsda maye halda suyun varlığının sübutu tapılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

Xəbərə əsasən, 20 kilometr ölçüsündə olan göl qırmızı planetin cənub yarımkürəsində yerləşir və üzəri qalın buz qatı ilə örtülüdür.

Tapıntı “Mars-ekspress” beynəlxalq stansiyası tərəfindən quraşdırılmış “Marsis” radarının köməyi ilə aşkarlanıb.

Bu, Marsda yaşamağın mümkünlüyü deməkdir?

Hələ ki bu suala dəqiq cavab vermək mümkün deyil.

“Biz çoxdan bilirik ki, Marsın səthi yaşamaq üçün əlverişsizdir. Bu səbəbdən həyat axtarışlarını planetin üst səthində davam etdiririk. Orada ziyanlı radiasiyalardan qorunmaq olar. Təzyiqdən və temperatura isə münasib səviyyəyə yüksələ bilər”, - deyə professor Maniş Patel söyləyib.


Müəllif: Ruslan

Oxşar xəbərlər