2 Oktyabr 2018 21:39
1 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın rəsmi dövlət qəzeti “İran Vərzişi” Güney Azərbaycanın “Traktor” futbol klubunun (Təbriz) sahibi, azərbaycanlı iş adamı Məhəmmədrza Zenuzini təhqir edib.

Teleqraf.com xəbər verir ki, müəllifi Səid Ağayi olan məqalədə klub “su üzərində qurulmuş” evə oxşadılır.

Müəllif eyni zamanda, bir müddət əvvəl həbsdən azad edilmiş Zenuzini yenidən həbs olunacağı ilə təhdid edib:
“Klubun sahibi Zenuzi çox iddialıdır. O, ölkənin maddi durumuna baxmayaraq, Təbrizə böyüklü-kiçikli bir çox futbol ulduzları gətirib. O bu oyuna düşünmədən davam edir və çempionluq sevdasına düşüb. Lakin “Traktor” su üzərində qurulmuş bir evdir, onun röyası heç bir nəticə verməyəcək”.

Məqalədə Zenuzi hazırda həbsdə olan “İstil Azin”nin sahibi Hüseyn Hidayəti ilə müqayisə olunub. Bildirilib ki, Hüseyn Hidayəti İran futbolunun ulduzlarını aldı, lakin taleyi yaxşı olmadı:

“Məhəmmədrza Zenuzi bir multi-milyarder kimi şan-şöhrət hərisidir. Lakin onun tutduğu yolun sonu ona bədnamlıq və etimadsızlıqdan başqa heç nə gətirməyəcək. O, futboldan uzaq adamdır, futbolun əlifbasını belə bilmir. Bu idarəçiliklə onun bugünkü gülüşləri, qısa zamanda göz yaşları ilə əvəzlənəcək. Bu göz yaşları sonralar Hüseyn Hidayəti kimi dəmir barmaqlıqlar arxasına düşməklə də nəticələnə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər