6 Oktyabr 2018 07:17
1 677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı aparıcı assistentini suya itələyib.

Teleqraf.com xəbər verir ki, Britaniyanın “ITV” telekanalının müxbiri Elison Hemmond canlı yayım zamanı yıxılmamaq üçün assistentin çaya itələyib.

Çay üzərində Böyük Britaniyanın xəritəsi təsvir olunmuş maketlərdə hava proqnozunu təqdim edən aparıcı Böyük Britaniyadan İrlandiyaya tullanarkən az qala yıxılıb və bu zaman müvazinətini qorumaq üçün assistentini suya itələyib.

İnsidentə görə dəfələrlə üzr istəyən müxbir zarafatla Şimali İrlandiyada havanın yağmurlu keçəcəyini deyib.


Müəllif: Mirvari Əzizova