11 Noyabr 2018 20:25
1 267
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur müğənni İbrahim Tatlısəs ona keyfiyyətsiz təyyarə satan “Tarkim” hava yolları şirkətinin rəhbəri İbrahim Fərrux Bayandur haqqında məhkəmə davası açıb.

Teleqraf.com xəbər verir ki, müğənni FETÖ-ya yaxın olduğu deyilən İbrahim Fərrux Bayandurun ona köhnə təyyarə satdığını və bu yolla 600 min dollar zərərə düşdüyünü bildirib.

Tatlısəs qeyd edib ki, pilot tərəfindən aldadılıb və təyyarə almaq qərarını verib. Onun dediyinə görə, pilot əvvəllər İbrahim Fərrux Bayandurun şirkətində işlədiyi üçün onu bu şirkətə istiqamətləndirib.

Təyyarəni aldıqdan sonra Tatlısəs onu Almaniyaya göndərərək baxışdan keçirdib. Bu zaman bəlli olub ki, təyyarə problemlidir və bilərəkdən ona qarşı dələduzluq edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər