Çinin şimalında yerləşən Daxili Monqolustan muxtar rayonunun Huh-Hoto şəhərində it artıq üçüncü aydır ki, sahibinin həlak olduğu yerdə onun yolunu gözləyir.
Teleqraf.com xəbər verir ki, avqustun 21-də itin sahibi olan qadın avto qəza zamanı ölüb. Qadının iti həmin gündən etibarən onun həlak olduğu yerə gəlməyə başlayıb.
Havanın sərt keçməsinə baxmayaraq it gün ərzində bir neçə dəfə qəza baş vermiş yerə gəlir və sahibini axtarır.