18 Noyabr 2018 18:06
2 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağız qoxusundan əziyyət çəkənlər üçün problemin həlli yolu mətbəxdən keçir.

Teleqraf.com xəbər verir ki, əgər dişlərinizi fırçalaya bilmədiyiniz bir yerdəsinizsə və ya fırçalansanız belə ağzınızdan qoxu heç bir şəkildə getmirsə, bundan qurtulmağıntəbii və asan yolları var.

Ağız qoxusuna çarə ola biləcək qidalar bunlardır.

Pendir

Aparılan arışdırmalar göstərir ki, yeməkdən dərhal sonra yeyilən pendir ağızdakı turşu səviyyəsini azaldır. Eyni zamanda pendir yemək ağız qoxusunu da azaldır.

Alma, armud və kök

Bu meyvə və tərəvəzlərin tərkibindəki liflər tüpürcəyi təmizləyir və nəfəsi təzələyir.

Limon

Sadə mineral suyun içinə limon dilimləri atıb içdikdən sonra bu limon dilimlərini yeyə bilərsiniz. Eyni zamanda limonlu konfetlərdən də istifadə etmək olar.

Nanə- cəfəri

Çiy olaraq yediyiniz bir neçə nanə yarpağı və ya cəfəri nəfəsinizi təbii olaraq təmizləməkdə faydalıdır.

Qəhvə

Ağız boşluğundakı mikrobların artıqları olan sulfid birləşmələri pis qoxuya səbəb olur. Qəhvə dənəsini çeynəmək isə bu birləşməni aradan qaldırır. Yeməkdən sonra qəhvə içmək ağız qoxusuna qarşı təsirlidir.

Darçın

Darçın çeynəmək və ya darçınlı içkilərdən istifadə etmək ağızdakı mikroblara qarşı effektlidir.

Mixək

Mixək çeynəmək hər kəsin bildiyi ən təsirli və ucuz ağız qoxusunun qarşısını alma üsuludur.

Qatıq

Nizamlı olaraq qatıq yediyiniz zaman ağız qoxusunun azaldığının şahidi olacaqsınız.

Saqqız

Sink tərkibli məhsullar, eyni zamanda saqqız ağız qoxusunu yox edər. Əgər dişlərinizi fırçalamamısınızsa, onda saqqız çeynəyin.


Müəllif: Aytən

Oxşar xəbərlər