Azərbaycanlı cütlük Röya və Rizvan dünya turuna çıxıb.
Teleqraf.com xəbər verir ki, müxtəlif ölkələrini gəzərək Azərbaycan mahnılarını təbliğ edən cütkük hazırda Türkiyədədir.
“Musiqili səyahət gündəliyi” hazırlayan Röya və Rizvan milli mahnıları səsləndirərək təbliğatlarını davam etdirirlər.
"Bu günə qədər videolarımızın altında yüzlərlə bizə dəstək olan, bizi ruhlandıran şərhlər oxuduq. Bununla yanaşı 'heç kim sizi dinləmir, heç kimə maraqlı deyil, qulaq asmırlar' kimi şərhlər də oxuduq. Amma ruhdan düşmədik və məqsədimizə yavaş-yavaş çatırıq! Səsimizi Türkiyəyə eşitdirə bilmişik və bu bizi çox çox sevindirir! Bizim üçün böyük surpriz oldu! Bizə dəstək olan, dünəndən bəri mesajlar yazan hər kəsə minnətdarıq!", deyə cütlüyün paylaşımında qeyd edilir.