Yeni ilə hər kəs yeni arzularla qədəm qoyur və onun gerçəkləşməsini istəyir.
Elə insanlar var ki, müxtəlif inanclar vasitəsilə istəklərinin həyata keçəcəyinə çox ümid bəsləyirlər.
Teleqraf.com qədimdən bəri edilən inanclardan bir neçəsini təqdim edir:
Adaçayı və üzərliyi yandıraraq tüstüsünü evə verirlər və bununla zənn edirlər ki, yeni il bərəkətli, düşərli olacaq, bütün çətinliklər isə köhnə ildə qalacaq.
Başqa bir inanca görə isə yeni ildə üzüm yemək bolluq və bərəkət gətirir. Saat gecə 12-ni keçməmiş 12 ədəd üzüm yemək yeni ildə 12 ayın hər birinin xoşbəxt və bərəkətli keçəcəyinə işarədir.
Yeni il axşamı evdə çoxlu çörəyin olması da evə bolluq və bərəkət gətirəcəyinə inamı ifadə edir.
Digər inanca görə, yeni il gecəsi saat 12: 00-da evin qapısının önündə nar parçalara bölünərək ətrafa dağıdılır. Bu, dənənin düşdüyü yerlərin bol-bərəkətli olacağı anlamına gəlir.