15 iyun 19:00-da "Азербайджанская Лiга Смixу" Akademik Milli Dram Teatrında rəsmi açılışı baş tutacaq.
Teleqraf.com-un məlumatına görə, festivalda 15 komanda iştirak edəcək, onlardan 10-nu layihənin ulduz məşqçiləri tərəfindən seçilərək, mövsüm oyunlarına vəsiqə qazanacaq.
Məşqçilər arasında tanınmış rəqqasə-aktrisa Oksana Rəsulova, aktyor-şoumen Azər Baxşəliyev, "Как по маслу" komandasının frontmeni və aktyoru Səməndər Rzayev, habelə, mövsüm boyunca hər oyun dəyişəcək joker-məşqçi yer tutacaqlar. Oyunun aparıcısı "Как по маслу" komandasının kapitanı Cavid Şahbazbəyov olacaq. Onuda qeyd etmək lazımdır ki, şouda dil və yaş məhdudiyyatı qoyulmayacaq. Azərbaycan və istənilən xarici dildə, 8-80 yaş arasında olan hər bir kəs qeydiyyatdan keçərək iştirak edə bilərlər.
"Азербайджанская Лiга Смixу"-nun Baş sponsoru Final Oil,təşkilatı dəstək Bakı şəhər Mədəniyyət Baş İdarəsinə məxsusdur.