3 İyul 2019 21:08
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölümündən sonra öz bədənini orqan köçürülməsi üçün təqdim etməyə hazır olduğunu bildirən Çin sakinlərinin sayı son beş ildə on dəfələrlə artıb.

Teleqraf.com xəbər verir ki, hazırda belə insanların sayı 1,35 milyon nəfəri ötüb. Onların əksəriyyətini 30 yaşadək gənclər təşkil edir.

Nəşrin məlumatına görə, ÇXR-də könüllü donorluq hallarının rəsmi qeydiyyatına başlanıldığı 2014-cü ildən indiyədək bu sayaq “ölümdən sonrakı kömək” 70 minədək insanın həyatını xilas etməyə imkan verib.

Çin insan bədəninin müxtəlif hissələrinin ölümdən sonrakı donorluğu sahəsində dünya lideridir. ÇXR-in hakimiyyət orqanları bu məsələdə digər ölkələrin tibb müəssisələri ilə əməkdaşlığın inkişafına yaxından kömək göstərir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər