Yunanıstanın Skiatos adasında qorxulu anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, bir tərəfi dağlıq, digər tərəfi çimərlik olan adada təyyarə eniş edərkən insanları qorxuya salıb.
Dünən adadakı Martin adına hava limanına eniş edən İngiltərənin E190 turist təyyarəsi enərkən onunla foto və selfe çəkdirmək istəyən bəzi turistlər uçağın küləyinin təsirindən yüngül xəsarət alıblar.
Qeyd edək ki, Skiatos adasının hava limanı dünyada yeganə aeroportdur ki, burada təyyarələr enərkən insanlara 1 metrə qədər yaxınlaşırlar.