2 Avqust 2019 15:21
1 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Nadir Qafarzadə son paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Nadir 3 il öncə Türkiyədə sui-qəsd nəticəsində dünyasını dəyişən Rövşən Lənkəranski barədə yazıb.

Müğənni məşhur "qanuni oğru"nun fotosunu paylaşaraq "Toyunu oxuduğum oğlanlar, həmişə yaxşı oğlanlar olurlar. Bu da yəqin mənim xoşbəxtliyimdir. Allah rəhmət eləsin. Unudulmayanlar silsiləsindən!" şərhini əlavə edib.

Qeyd edək ki, müğənni Nadir Qafarzadənin atası Əziz Qafarov da "qanuni oğru" olub. Bu barədə vaxtı ilə ATV telekanalında İradə İsaqın aparıcılıq etdiyi "Düz üzünə" verilişində qeyd edilmişdi. Müğənni deyib ki, mərhum atasının ləqəbi "Qəqə əmi" olub./milli.az/


Müəllif: Teleqraf.com