10 Avqust 2019 19:44
1 599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mosfilm” Kino Konserninin “YouTube” kanalında ən populyar sovet filminin adı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumat kinostudiyanın saytında yerləşdirilib. Vladimir Menşovun “Məhəbbət və göyərçinlər” filmi ən reytinqli film sayılıb.

Məlumatda deyilir ki, film videohostinqdə yerləşdirilən vaxtdan 20 milyondan çox baxış sayı toplayıb. “I” əməliyyatı və Şurikin başqa macəraları”, “İvan Vasilyeviç peşəsini dəyişir” filmləri də ən çox baxılan sovet filmlərindən sayılıb.


Müəllif: Teleqraf.com