14 Avqust 2019 22:55
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belçikadan Fransa və Lüksemburqa gedən şossedə dünyanın ən böyük heyəltəraşlıq abidəsi ucaldılır. “Böyük arka” adlanan abidənin tikintisi yekunlaşmaq üzrədir.

Teleqraf.com xəbər verir ki, 60 metrlik abidəni 78 yaşlı fransız heykəltəraşı Bernar Vene düşünüb. Abidə qırılmış dairəni xatırladır. Dairənin hissələri avtomobilin hara getməsindən asılı olaraq tədricən görünəcək.

“Hər kəsin fərqli fikri olacaq. Mənim işlərimlə yaxından tanış olanlar bu arkanı əvvəlkilərlə müqayisə edib hansı səviyyədə olduğunu deyə bilərlər. Düşünürəm ki, pərəstişkarlarım estetlərdir, onlar bu abidəni qiymətləndirəcək və başa düşəcəklər”, - deyən abidənin müəllifi əks fikirlərə hazır olduğunu da etiraf edib.

Qeyd edək ki, əvvəlcə Bernar arkanı Fransada ucaltmaq istəyirdi. Amma bürokratik əngəllərə görə bunu qonşu Belçikada etmək daha asan olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər