4 Sentyabr 2019 00:12
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı rəssam İlham Ənvəroğlu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana Konyaya səfəri zamanı tablo hədiyyə edib.

Türkçülüyü özündə əks etdirən tablodan məmnunluğunu bildirən Türkiyə prezidenti rəssamı Ankaradakı iqamətgahına dəvət edib.

İlham Ənvəroğlu 1989-cu ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. 1995-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetinin memarlıq fakültəsindən məzun olub.

Hazırda Selcuk Universitetinin professoru olan rəssam bugünədək xaricde 25 ferdi sergi açıb, 100 den artıq beynəlxalq sərgidə iştirak edib. Keçirilən beynəlxalq müsabiqələrdə dünya birincisi olub.

Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Macarıstanda keçirilən “Şərqdən Qərbə Hun -Türk simvolları və rəmzləri” adlı fərdi sərgisi keçirib.


Müəllif: Teleqraf.com