Son 5 ayda 250-dən çox kitab oxuduğunu bildirən 10 yaşlı uşaq Türkiyədə gündəm olub.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə 10 yaşındakı Atakan Kayalar fikirləri ilə sosial mediada ən çox izlənilən şəxslərdən olub.
"Məktəbdən əvvəl əxlaq tərbiyəsi, əxlaq, nizam-intizam və hörmət təhsili verilməlidir. Bundan sonra fəlsəfə təhsili verilməlidir",- deyə Atakan Kayalar bildirib.