Koronavirus pandemiyasının yayıldığı dönəmdə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qocanın davranışı sosial medianın gündəminə çevrilib.
Axar.az xəbər verir ki, elə koronavirusla bağlı mətbuat konfrasına hazırlaşan Qoca yanına yaxınlaşaraq məsafəni qorumayan nazirlik əməkdaşına “Mənə yaxınlaşma” deyərək xəbərdarlıq edib.
Nazirin bu iradı canlı yayımda nümayiş olunub.
Qeyd edək ki, bu, nazirin təlimatlara əməl etməsinin təsdiqi kimi təqdir edilib.