Bədəni başdan ayağa döymə və pirsinqlərlə örtülmüş tatu modeli Amber Luke yeni görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.
Teleqraf.com xəbər verir ki, döymə və bədən dəyişiklikləri ilə ad çıxarmış gənc model bu dəfə özünə vampir dişləri taxıb.
İnstaqram hesabında paylaşdığı yeni vampir dişləri onun pərəstişkarları tərəfindən yüksək qiymətləndirilib. Paylaşdığı fotoda dişlərini göstərən Amber Luke özünü “vampir kraliçası” elan edib.
16 yaşında ikən depressiyadan müalicə alan model döymə və pirsinq etməyi depressiyadan qurtulmağın yolu sayır: "Döymələrimin çoxu bir növ terapiyaya bənzəyir".
Göz bəbəklərini boyayan və dilini çəngəl kimi deşən model bütün bu prosedurlar üçün indiyə qədər xeyli pul xərcləyib.