10 May 2021 09:36
72 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anna Çapman Rusiya kəşfiyyatının agentidir. Anna ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) detektivlərinin 2010-cu ildə Amerikada üzə çıxardığı Rusiyanın casus şəbəkəsinin üzvüdür. Ləqəbi "Qırmızı agent"dir. O, ABŞ tərəfindən Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) agenti olmaqda ittiham edilib. Yeddi illik istintaqdan sonra FTB tərəfindən tutulan 11 casusdan biri da Anna idi.

Diplomatın qızı

Anna 1982-ci il fevralın 23-də Volqaqrad şəhərində anadan olub. Atası Vasili Kuşçyenko vaxtilə Keniyada xidmət etmiş bir rus diplomatı olub. Anna Rusiya Universitetinin İqtisadiyyat fakültəsini bitirib. Eyni zamanda, iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib. Anna həmin dövrdə rus dili ilə yanaşı, ingilis, alman və fransız dillərində danışmağı öyrənib. O, bu dilləri təsadüfən öyrənməmişdi, artıq o dönəmdə Rusiya xarici kəşfiyyatı ilə razılaşmışdı. Beləliklə, Rusiya üçün başqa ölkələrdən məlumat sızdırmağa başladı.

Alekslə Londonda

Anna Çapman 2003-cü ildə Londona köçdü. Bioqrafiyasına görə, burada "NetJets Europe" və "Barclays" banklarında işləyib. O, Londona köçməmişdən əvvəl – 2001-ci ildə Moskvada tanış olduğu ingilis Aleks Çapmanla evlənmişdi. Anna bunun sayəsində ikili vətəndaşlıq əldə edə bildi. Həbs olunduqdan sonra Aleks onun həyatı haqda olan şəxsi məlumatları media reklamçısı Maks Klifforda satdı. Anna Çapmanın həyatı "Daily Telegraph" qəzetində dərc olundu.

Nyu-Yorkda müəmmalı yüksəliş

Anna Çapman 2005-ci ildə gözlənilmədən ABŞ-a getdi. 2006-cı ilin oktyabrında Nyu-Yorkda "Property Finder" adlı əmlak şirkətini qurdu. Annanın bu şirkətdə təxminən 50 işçisi vardı, özü də uğurlu iş adamı kimi görünməyə başladı. 2006-cı ilin fevralında Nyu-Yorkda məskunlaşan Anna "Time Venture" adlı başqa bir şirkətini 2 milyon dollar sərmayə ilə qurdu.

Kafedə agentlə görüş

ABŞ kəşfiyyatı gizli FTB agenti ilə Anna Çapmana tələ qurdu. Çapman Manhattandakı bir kafedə FBI agenti ilə görüşdü. Agentin adı Roman idi. Roman ona saxta Amerika pasportu alacağını dedi. Bunun üçün bir qadınla görüşməli olduğunu və o qadının ona saxta pasport verəcəyini bildirdi. Roman Annanı buna razı sala bildi.
Anna qadınla görüşə getdi. O, elə bil bu qadını tanıyırdı. Bu onda şübhə yaradır və dərhal Moskvaya zəng edir. FTB bu vaxt telefon zəngini dinləyirdi. Anna baş verənləri danışdı. Qarşı tərəfdən ona tələyə düşdüyünü, bunun üçün pasportunu təhvil verib Amerikanı tərk etmək tələb olundu. Federal Təhqiqatlar Bürosu bu söhbəti dinlədikdən sonra Anna Çapmanın bir agent olduğu üzə çıxdı.

Digər rus agentləri ilə Rusiyadakı amerikalı agentlərlə dəyişdirildi. Mübadilə 2010-cu il iyulun 8-də Vyana Beynəlxalq Hava Limanında baş tutdu. Beləliklə, Anna Çapman Rusiyaya qayıtdı. Rusiyaya qayıtdıqdan sonra Britaniya vətəndaşlığı da ləğv edildi. Bununla Britaniyaya girişi qadağan olundu.

Bayden Anna haqda

Anna Çapman ABŞ Federal Təhqiqatlar Bürosu tərəfindən tutulandan sonra dünya məşhurlaşdı. Erotik foto və videoları sosial şəbəkələrdə yayıldı. Uzun müddət gündəmdən düşmədi, mediada onun haqda yazıldı. Modellik təklifləri aldı. Qızılı saçlarına görə, "yataqdakı qırmızı" adlandırıldı. 2011-ci ilin aprelində Moskvada keçirilən Moda Həftəsində podium modeli oldu.

O dövrdə ABŞ-ın I vitse-prezidenti olan Co Bayden "NBC"-də yayımlanan tok-şouda Anna Çapman haqda bunları dedi: "Casuslarımız arasında onun kimi ehtiraslı olanı varmı? Gəlin açıq danışaq: onu geri qaytarmaq mənim fikrim deyildi".

Amerika mediası isə onu "Putinin qızılı saçlı casusu" adlandırmışdı.

Seksual qadın

2010-cu ilin oktyabrında "Maksim" jurnalı Anna Çapmana "Rusiyanın 100 seksual qadını" arasında yer verdi. Onun hazırda "FundserviceBank"ın prezidenti olduğu bildirilir. Habelə Moskvadakı bir bankda yenilik və investisiya məsələləri haqda məsləhətlər verir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər