28 Avqust 2021 16:04
3 630
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqlim dəyişikliyinə səbəb olan atmosferdəki istixana qazı konsentrasiyasının həcminin 2020-ci ildə son 800 000 ildə qeydə alınan ən yüksək səviyyəsinə çatdığı bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Meteorologiya Cəmiyyəti (AMS) tərəfindən nəşr olunan “2020-ci il iqlim dəyişikliyi” hesabatında qeyd olunub.

Hesabatda istixana qazlarından biri olan karbon qazının (CO2) miqdarının 412.5 ppm yüksəldiyi, əvvəlki illərlə müqayisədə 2.5 ppm daha yüksək olduğu deyilib. 2019-cu illə müqayisədə bu, ən yüksək səviyyəyə çatıb.

Hesabatda bu faktların 800 min il əvvəl əmələ gəlmiş buzlaqların araşdırılaraq əldə edildiyi bildirilib.

Hesabatda qlobal koronavirus pandemiyasına görə iqtisadi fəaliyyətin zəifləməsi səbəbindən 2020-ci ildə insan faktoruna əsaslanan karbon qazının səviyyəsində təxminən 6-7 faiz azalmanın atmosferdəki sıxlığı azaltmaq üçün yetərli olmadığı diqqətə çatdırılıb.

Yanacaq istehlakı nəticəsində yaranan karbon intensivliyinin 2020-ci ildə 1999-2019-cu illərdəki ortalamadan 30 faiz yüksək olduğu açıqlanıb.

Metan qazı sıxlığının 2020-ci ildə 14.8 ppm artmasının illik ən böyük illik artımı olduğu vurğulanıb, amma bu anormal artımın səbəbi izah edilməyib.

Hesabatda 2020-ci ildə dünyanın hər yerində havanın istiliyinin artmasının ekologiyanın dəyişməsinə səbəb olduğu vurğulanıb. Dünyadakı buzlaqlar son 33 il ərzində öz kütləsini böyük ölçüdə itirdiyi halda, dağlıq və qütblərin şaxtalı bölgələrində temperatur rekord həddə çatıb.

Qlobal dəniz səviyyəsinin hər 10 ildən bir təxminən 3 sm yüksəldiyi qeyd olunan hesabatda 2020-ci ilin dəniz səviyyəsinin yüksəlməsi ilə rekordun qırıldığı 9-cu il olduğu iddia edilib.

Atmosfer və iqlimdəki dəyişikliklər dünyanın müxtəlif yerlərində normadan artıq yağış və quraqlığa səbəb olduğu halda, quraqlıq bölgələrində yanğın üçün ideal mühit formalaşıb.

Arktikada yanğınların karbon emissiya səviyyəsi əvvəlki ilə nisbətən 34 faiz artıb.

Hesabatda Türkiyə və Cənubi Qafqaz ölkələrində (Azərbaycan, Gürcüstan və Ermənistan) havanın illik temperaturunun 1-1.6 dərəcə arasında dəyişdiyi deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər