22 Noyabr 2021 23:27
2 979
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərədə “kabus ovçusu” və bu sahədə yazıları ilə tanınan Li Brikli adlı şəxs Staffordşir bölgəsində inanılan “Qara gözlü uşaq” əfsanəsinin sirrini açmaq üçün meşəyə gedib.

Teleqraf.com xəbər verir ki, Brikli “qara gözlü uşaq”ı meşədə gördüyünü və şəklini çəkdiyini iddia edib.

Brikli onunla təxminən 30 saniyə göz təması qurduğunu və kabus uşağın geridə heç bir iz buraxmadan meşəyə qayıtdığını bildirib. Bu anları qorxu içində ilə izlədiyini, amma sakit dayandığını deyib.

Brikli bu əfsanəyə inanılan Kennok-Çeyzdə evlərinin olduğunu və “qara gözlü uşaq”ı xüsusi olaraq araşdırdığını söyləyib. O, işinin həm çətin, həm də zövqlü olduğunu və yeni araşdırmaların nəticələrini paylaşacağını bildirib.

Briklinin çəkdiyi fotonu təqdim edirik:


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər