Beynimizin dediklərimizi, eşitdiklərimizi və gördüklərimizi qavraması çox mürəkkəb prosesdir. Hay-küylü mühitə girdiyimiz zaman səsimizin eşidilməsi üçün ucadan danışmağa başlayırıq. Bunun səbəbi beynimizin eşitdiklərimizə əsaslanaraq səsimizi anlaşılan etmək üçün özünü tənzimləməsidir.
Teleqraf.com xəbər verir ki, beynimizin bu geribildiriş sistemindəki problemlər kəkələmə, autizm, parkinson və hətta şizofreniya kimi xəstəliklərə səbəb ola bilər.
Yeni araşdırmaya görə, beynimizin bu cür xəstəliklərə səbəb ola bilən və sözlərimizi düzgün tələffüz etməyə imkan verən hissəsi müəyyən edilib.
Nyu York Universitetinin nevroloqi Aden Flinker apardığı araşdırmalar nəticəsində müəyyən edib ki, beynin dorsal presentral girus hissəsinin düzgün danışmağa və eşitdiklərimizi daha yaxşı tələffüz etməyə imkan verir. Beyin qabığının dodaqlarımızdan çıxan sözləri yönləndirməyə cavabdeh olduğu məlumdu, amma onun necə işlədiyi barədə ətraflı məlumatımız yox idi. Bu araşdırma ilə nitq çətinliyi olan xəstələrin müalicəsində böyük addım atılıb.
Araşdırmada 15 epilepsiya xəstəsi əməliyyat olunub və onların beyinlərinə 200 elektrod yerləşdirilib. Əməliyyat zamanı yaranan fasilələrdə xəstələrdən bəzi sözləri ucadan söyləmələri və qısa cümlələr qurmaları istənilib. İştirakçılar qulaqlıqların köməyi ilə dediklərini də eşidə biliblər. Tədqiqatçılar deyirlər ki, beynimiz eşitdiklərimizdən təsirlənir və səsimizi belə tənzimləyirik. Bu səbəbdən də iştirakçıların eşitdiyi səslər müvafiq olaraq 50, 100 və 200 millisaniyə gecikdirilib. Daha sonra gecikmədən verilən səslərlə iştirakçılara eşitdikləri səsin ritminə uyğunlaşmalarına köməklik edilib.
Tədqiqatçılar bu üsulla ağzımızdan çıxan sözlərə beynin hansı hissəsinin idarə etdiyini dəqiq müəyyən edə biliblər. İndi hansı hissədə işləməli olduqlarını bilən tədqiqatçılar müalicə üzərində araşdırmalarını davam etdirirlər.