ABŞ-ın Milli Kosmos Agentliyi (NASA) nəhəng asteroidin Yer kürəsinə doğru hərəkət etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, NASA göy cisminin planetimizə yaxınlaşacağı tarixi də qeyd edib.
7335 (1989 JA) adlı, diametri 1.8 km olan kosmik cisim agentlik tərəfindən “potensial təhlükəli” kimi təsnif edilib.
Asteroid mayın 26-da Yerin yaxınlığından keçəcək. NASA göy cismini “potensial təhlükəli” adlandırsa da, onun Yer üçün təhdid yaratması ehtimalı azdır. Çünki planetimizdən təxminən 4 milyon kilometr məsafədən keçəcək. Bu, Yerlə Ay arasındakı orta məsafədən təxminən 10 dəfə çoxdur.