28 May 2022 08:28
1 370
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Massaçusets ştatında 1693-cü ildə cadugərlikdə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılan Elizabet Consonun işinə baxılıb.

Teleqraf.com xəbər verir ki, dinləmələrin nəticələrinə görə, ştat Elizabet Consona bəraət veriblər.

Qadın 1693-cü ildə cadugərlikdə təqsirli bilinərək "Salem ifritə məhkəmələri" adlandırılan prosesin qızğın vaxtında ölüm cəzasına məhkum edilib.

Qeyd olunur ki, E. Conson hökm çıxarılandan sonra edam edilməyib, lakin ona bəraət də verilməyib.

Bununla bağlı araşdırmaların başlanması Şimali Andover məktəbinin 8-ci sinif şagirdlərinin təşəbbüsü nəticəsində baş tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər