6 Sentyabr 2022 21:39
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Elmi və Texniki Tədqiqatlar Təşkilatının alimləri popkorn hazırlamağın yeni üsulunu kəşf ediblər.

Teleqraf.com xəbər verir ki, onlar infraqırmızı şüalanmadan istifadə edərək popkorn bişirməyi təklif ediblər. Alimlərin fikrincə, bu üsul ən az enerji sərf edən üsuldur. Onlar "ACS Food Science & Technology" jurnalındakı məqalədə bu barıdı dah geniş məlumat veriblər .

Tədqiqatçılar qarğıdalı dənələrini iki infraqırmızı lampanın arasında yerləşdiriblər.

Alimlər 700 vattda dənələrin açıldığını nümayiş etdiriblər. Könüllülər dadına, rənginə və elastikliyinə görə popkorna 5 mümkün
baldan "4" qiymətləndiriblər.

Müəlliflər qeyd edirlər ki, infraqırmızı şüalanma ilə bişirmək digər üsullarla müqayisədə daha az enerji tələb edir. Onların fikrincə, popkorn hazırlamağın bu üsulu mikrodalğalı soba, soba maşını və ya isti hava aparatından istifadə etməkdən daha çox enerjiyə qənaət etməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər