Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) krallığda hündürlüyü dünyanın ən hündür binasından - Dubayın 828 metrlik Burj Xəlifəsindən iki dəfə çox olacaq yeni göydələn tikmək niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə bazar günü " Middle East business intelligence" jurnalı məlumat yayıb.
Məlumata əsasən, PIF ümumi sahəsi 18 kvadrat kilometr, hündürlüyü isə 2 kilometr olacaq binanı Ər-Riyadın şimalında tikməyi planlaşdırır.
Podratçılar layihənin dəyərini təqribən 5 milyard dollar qiymətləndirirlər. Nəşrin mənbələrinə görə, hazırda 1 milyon dollar məbləğində iştirak haqqı ilə tender keçirilir.
Müsabiqədə iştirak edən podratçılar arasında ABŞ-ın Skidmore, Owings & Merrill, Adrian Smith & Gordon Gill Architecture, Kohn Pedersen Fox və Gensler; Fransanın Egis şirkətinin bir hissəsi olan 10Design; və Dubayda yerləşən Killa Design şirkətləri var.