3 Mart 2023 22:09
4 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti ölkə ərazisinə aid adalarla bağlı yenidən hesablama aparıb. Məlum olub ki, öncəki qeydlərdə 7 minə yaxın ada nəzərə alınmayıb.

Teleqraf.com xəbər verir ki, bu, Yaponiya Geoməkan İnformasiya Təşkilatı (GSI) tərəfindən həyata keçirilən rəqəmsal xəritəçəkmə zamanı aşkarlanıb.

Müəyyən olunub ki, Yaponiya ərazisində 14 min 125 ada var və bu da 1987-ci ildən adaların sayı ilə bağlı rəsmi olaraq bilinən 6 852 sayından iki dəfə çoxdur.

Vurğulanır ki, yeni say geodeziya texnologiyasındakı irəliləyişləri və hesablama üçün istifadə olunan xəritələrin təfərrüatını əks etdirir. Lakin bu fakt Yaponiyaya məxsus torpaqların ümumi sahəsini dəyişmir.


Müəllif: Teleqraf.com