7 İyun 2023 20:52
2 624
12 Punto 14 Punto 16 Punto 18 Punto

"WhatsApp" HD fotoşəkilləri ölçüsünü qoruyaraq paylaşmağa imkan verən funksiyanı sınaqdan keçirməyə başlayıb.

Teleqraf.com xəbər verir ki, yeni funksiya təsviri göndərməzdən əvvəl onun həllini seçməyə imkan verir.

İki seçim var: Standart keyfiyyət (1600 x 1052 piksel) və HD keyfiyyət (4096 x 2692 piksel).

Yeni funksiya hazırda "Android" və "iOS" üçün "WhatsApp"ın beta versiyalarında müvafiq olaraq 2.23.12.13 və 23.11.0.76 mövcuddur. Yüksək keyfiyyətli təsvirin göndərilməsi funksiyasının geniş ictimaiyyətə nə vaxt təqdim ediləcəyi hələlik məlum deyil.


Müəllif: Teleqraf.com