Cənubi Koreya Milli Orkestrinin çıxışına rəhbərlik etmək üçün Seulda dirijor podiumunu android robot "ələ keçirib".
Teleqraf.com xəbər verir ki, Koreya Sənaye Texnologiyaları İnstitutu tərəfindən hazırlanmış robot Koreya Milli Teatrında debüt edib və burada ölkənin milli orkestrinin aparıcı musiqiçiləri çıxış edib. Bu, Koreyada süni intellektdən dirijor kimi istifadə etmək üçün ilk cəhddir.
“Dirijorun hərəkətləri çox detallıdır. Robot işini təsəvvür edildiyindən də yaxşı icra edə bildi”, - deyə robotla birlikdə tamaşaya rəhbərlik edən Çoi Soo Yeon bildirib.
Android, konsertdəki beş əsərdən üçünü tək, digərini isə Choi ilə birgə idarə etdi.
Ənənəvi Koreya musiqisini tədqiq edən tədqiqatçı Li Yonq Joo robotun hərəkətlərinin qüsursuz olduğunu bildirib.