Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldo komandası ilə birlikdə İrana gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
Bildirilib ki, İranda Ronaldonu minlərlə azarkeş qarşılayıb.
Ulduz futbolçuya əllə toxunmuş dəyəri 120 min manat olan xalça hədiyyə edilib.
Qeyd edək ki, sabah İranın paytaxtı Tehranın “Azadi” stadionunda “Əl Nəsr” və “Persepolis” komandaları qarşılaşacaq.
Görüş İran vaxtı ilə saat 21:30-da baş tutacaq.