Tarixdən əvvəlki dövrə işıq salan və dünya miqyasında çox mühüm kəşflərə imza atan “Daş Təpələr” layihəsi çərçivəsində Türkiyədə 9 arxeoloji sahədə aparılan araşdırmalarda nəhayət insan və heyvan heykəlləri tapılıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan qazıntılar zamanı Göbəklitəpədə bir çöl donuzu heykəli aşkarlanıb.
Səthindəki qırmızı, ağ və qara piqment qalıqları onu həmin dövrdən bu günə qədər gəlib çıxan ilk boyalı heykəltəraşlıq nümunəsi kimi tanıdır.
Çöl donuz heykəlinin aşkarlandığı yerdə "H" formalı simvol, aypara, iki ilan və üç insan üzü və ya maska olduğu düşünülən bəzəkli lövhə də tapılıb.
Karahantəpədə aparılan qazıntılar zamanı da dövrün ən real heykəllərindən biri üzə çıxarılıb. Realist üz ifadəsi ilə qədim dövrlərdə sənətin ən təsirli nümunələrindən biri kimi namizəd olan 2.3 metr hündürlüyündəki heykəl yerə bərkidilmiş vəziyyətdə tapılıb.
Ölü adamı xatırladan, qabırğa, onurğa və çiyin sümükləri peşəkarlıqla işlənmiş heykəlin tapıldığı ərazidə kərkəs heykəli və daş lövhələr aşkar edilib.