12 Dekabr 2023 13:53
3 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

Geoloqlar Afrika qitəsinin ikiyə parçalanacağını və bunun milyonlarla ildə baş verəcəyini proqnozlaşdırırlar. Bölünmə nəticəsində xəritələrin yenidən cızılacağı, yeni okeanın yaranacağı deyilir.

Teleqraf.com xəbər verir ki, elm adamları Şərqi Afrikanın bir hissəsinin qitədən ayrılacağını iddia edirlər.

Nəhəng çatın Afrikanın bir çox ölkəsində minlərlə kilometr dərinliyə uzanan dünyanın ən böyük çatlarından biri olan Şərqi Afrika Rift Sistemindən (EARS) qaynaqlanacağı gözlənilir. Rift sistemi Efiopiya, Keniya, Konqo, Uqanda, Ruanda, Burundi, Zambiya, Tanzaniya, Malavi və Mozambiki əhatə edir.

2004-cü ildə aparılan araşdırmaya görə, Afrika plitəsi hər il yavaş-yavaş aralanır. Ortaya nisbətən kiçik Somali və ondan daha böyük Nubiya plitələri çıxır.

Məlumata görə, 5-10 milyon il ərzində EARS-dəki dəyişikliklər Afrikanın bugünkündən fərqli xəritəsini ortaya çıxara bilər. Bu müddətdə Somali ilə Nubiya plitələri arasında yeni okean görmək mümkündür. Nəhəng su hövzəsinin Şərqi Afrikanı kəsəcəyi düşünülür.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər