Astronomlardan “Şeytan kometi” adlı meteoritin Yer kürəsinə yaxınlaşması ilə bağlı diqqətçəkən açıqlama gəlib.
Teleqraf.com xəbər verir ki, bir şəhər böyüklüyündə olduğu iddia edilən meteoritin Günəş tərəfindən dəstəkləndiyi, hər 15 gündən bir parıldadığı bildirilir.
Elm adamları göy cisminin nə vaxt partlayacağı ilə bağlı tarix də veriblər.
Bu il dəfələrlə partlayan “Şeytan”ın maketi hazırlanıb. Astronomlar meteoritin hər 15 gündən bir partladığını, ətrafına qaz və buz səpdiyini deyirlər.
Rəsmi adı “Komet 12P” olan meteoritin sonuncu partlaması dekabrın 14-də baş verib. Elm adamların növbəti partlayışın çox yaxında baş verəcəyini iddia edirlər.
Günəşdən gələn güclü istidən təsirləndiyi təsbit edilən 12P partlayışlar zamanı “buynuzlar” çıxarması səbəbindən “Şeytan kometi” adlandırılır.
Meteoritin Yerə ən yaxın 2024-cü ilin aprelində gələcəyi, may-iyun aylarında gözlə görünəcəyi təxmin edilir.
2 iyun 2024-cü il “Şeytan”ın ən parlaq olacağı tarixdir.