20 Fevral 14:33
1 904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya və Çilidən olan elm adamları teleskoplarla müşahidələr nəticəsində J0529-4351 adlı son dərəcə parlaq kvazar haqda maraqlı təfərrüatlar əldə ediblər.

Teleqraf.com xəbər verir ki, müşahidə Çilidə yerləşən Atakama səhrasında aparılıb.

Araşdırmalardan sonra astronomlar belə qənaətə gəliblər ki, Günəşdən 500 trilyon dəfə daha parlaq olan kvazar kainatın ən parlaq cismi ola bilər.

Sözügedən kvazar Yer kürəsindən 12 milyard işıq ili uzaqda yerləşir.

Astronomlar bu cəma cisminin mərkəzindəki qara dəliyin kütləsinin Günəşinkindən 17-19 milyard dəfə böyük olduğunu da müəyyən ediblər.


Müəllif: Mənsur Rəğbətoğlu