Amerikalı sahibkar və milyarder İlon Mask uşaqlı gənc amerikalıların nisbətinin kəskin şəkildə azalmasını mütləq fəlakət adlandırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Mask sosial şəbəkədə yazıb.
İş adamı X sosial şəbəkəsində ABŞ-da uşaqların doğulması ilə bağlı statistikanı təqdim edən nəşrə reaksiya verib. Əgər 1993-cü ildə 30-34 yaşlı amerikalıların 60%-nin ən azı bir uşağı var idisə, indi bu yaşda olan vətəndaşların yalnız 27%-nin uşaqları var.
"Mütləq fəlakət" - deyə milyarder yazıb.