İndoneziyada dəhşətli hadisə yaşanıb.
Teleqraf.com xəbər verir ki, hadisə Cənubi Sulavesi əyalətindəki kəndlərdən birində baş verib. Belə ki, piton qadını udub.
45 yaşlı Fəridə adlı qadın iyunun 6-da yoxa çıxıb. Axtarışlar zamanı kəndlilər qadının itkin düşdüyü yerin yaxınlığında qarnı şiş vəziyyətdə olan 5 metrlik pitona rast gəliblər. İlanı öldürən kənd sakinləri onun qarnından qadının cansız bədənini çıxarıblar.