Britaniyada heyvan hüquqları müdafiəçiləri Kral III Çarlzın qırmızı portretini ləkələyiblər.
Teleqraf.com Daily Mail-ə istinadən xəbər verir ki, heyvan hüquqları müdafiəçiləri kralın diqqətini Britaniya fermalarında heyvanlara qarşı zorakılığa cəlb etmək üçün onun Philip Mold qalereyasında asılan portretini yararsız hala salıblar.
Bildirilir ki, saat 12 radələrində iki fəal kralın şəklinə "Uolles və Qromit" ingilis cizgi serialının personajı Uollesin təsviri olan stiker yapışdırıblar. Onun da yanına “Pendir yoxdur, Qromit. RSPCA fermalarında bütün qəddarlığa bax" yazısını yerləşdiriblər. Onlar bunu ingiltərə fermalarında heyvanlara olan qəddar rəftara kralın diqqətini çəkmək üçün etdiklərini bildiriblər.
Qeyd olunur ki, RSPCA Britaniya ictimai təşkilatı, heyvanlara qarşı qəddarlığın qarşısının alınması üzrə Kral Cəmiyyətidir. Təşkilat Böyük Britaniyada əksər ət və süd fermalarına nəzarət edir. Çarlz həm də RSPCA-nın himayədarıdır. Animal Rising fəalları RSPCA tərəfindən təsdiq edilmiş 45 fermada 400-dən çox müxtəlif növ pozuntu aşkar etdiklərini iddia edirlər.