11 İyun 19:34
1 390
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyini aşkar etmək üçün süni intelektdən istifadə ediləcək.

Teleqraf.com xəbər verir ki, şotlandiyalı tədqiqatçılar xərçəng xəstəliyini aşkar etmək üçün süni intellektdən istifadə edən kompüter proqramı hazırlayıb.

Qlazqo Universitetinin süni intellekt mütəxəssisləri və xərçəng alimləri qrupu bu xəstəliyin diaqnozunu asanlaşdırmaq üçün süni intellekt texnologiyasından istifadə edib.

Tədqiqatçılar hazırladıqları "Histomorfoloji Fenotip Öyrənmə" (HPL) adlı proqramla xərçəng diaqnozunu daha asan və daha sürətli edə biləcəklərini deyirlər.

Araşdırmalar zamanı ABŞ-ın Xərçəng İnstitutunun Xərçəng Genom Atlası məlumatlar bazasında olan 452 xəstənin ağciyər toxuması nümunələrinin istifadə edilib.

Proqram şəkilləri təhlil edərək nümunələr arasında xəstəliyi müəyyən etmək üçün alqoritmi hazırlayıblar.

Həkimlər xərçəngin təkrarlanma ehtimalını və zamanını yüzdə 64 nisbətində proqnozlaşdırarkən, hazırlanan proqram vasitəsi ilə bu nisbətin yüzdə 72 olduğu müşahidə edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər