İsti yay günlərində dərimiz ultrabənövşəyi (UV) şüalara həddindən artıq məruz qalma təhlükəsi ilə qarşılaşır. Bu da yanıqlara, dərinin vaxtından əvvəl qocalmasına və hətta dəri xərçənginə səbəb ola bilər. Günəşli günlərdə dərimizi qorumaq üçün dermatoloqların tövsiyələrinə əməl etmək vacibdir.
Teleqraf.com mütəxəssislərin əsas məsləhətini təqdim edir.
1. Günəş kremlərindən istifadə edin (UVB və UVA)
Dermatoloqlar SPF-si ən azı 30 olan Günəş şüalarından qoruma kremlərindən istifadə etməyi tövsiyə edir. SPF Günəş yanıqlarının əsas səbəbi olan UVB şüalarından qorunma dərəcəsini göstərir. Mütəxəssilər bildirir ki, Günəş kremini çölə çıxmazdan 15-30 dəqiqə əvvəl çəkmək lazımdır. Kremi hər iki saatdan bir və tərləmədən yeniləmək tövsiyyə olunur. Məhsul suya davamlı olaraq qeyd edilsə belə, təkrar tətbiq mütləqdir.
2. Uyğun geyinin və aksesuarlardan istifadə edin
Ultrabənövşəyi şüaların qarşısını alan qalın parçalardan hazırlanmış uzunqol köynə və şalvarlara üstünlük verin. Baş geyimində mütləq istifadə edin. Həmçinin göz və onun ətrafındakı dəri də qorunmalıdır. Zərərlərin qarşısını almaq üçün ultrabənövşəyi .üaları 100% bloklayan günəş eynəyi taxmaq lazımdır.
3. Gündüzün günorta çağı çölə çıxmaqdan çəkinin
Saat 10-16.00 arası dövrdə kölgədə və ya qapalı yerdə qalmağa çalışın. Əsas fəaliyyətinizi isə ya səhər ya da axşam saatlarına planlaşıdrın. Bu həm dərinizi qorumağa kömək etməyəcək.
Dərinizi Günəşdən qorumaq təkcə gözəllik deyil, həm də sağlamlıq məsələsidir. Dermatoloqların sadə, lakin önəmli məsləhətlərinə əməl etməklə, dərinin zədələnməsi riskini əhəmiyyətli dərəcədə azalda, günəş yanığından qaça və dərinizi gənc və sağlam saxlaya bilərsiniz.