13 İyun 18:42
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyalı alimlər qadın və kişilərin yol hərəkəti qaydalarına münasibətlərini araşdırlblar.

Teleqraf.com xəbər verir ki, aparılan araşdırmaların nəticəsi "Evolutionary Behavioral Sciences" jurnalında dərc olunub.

Avstraliyanın Pert şəhərinin küçələrində 1000-dən çox piyada və velosipedçinin hərəkətlərini müşahidəsi nəticəsində kişilərin daha riskli davranış göstərdikləri müəyyən olunub. Kişilər daha çox təhlükəli yerlərdə və qırmızı işıqda yolu keçir, həmçinin velosipedi dəbilqəsiz sürürlər. Psixoloqlar bildirir ki, kişilər reproduktiv rəqabətin pik dövrlərində - 30 yaşa qədər daha çox riskə gedirlər. Nəticədə gənclik dövründə olan kişilər daha çox istər piyada, istərsə də sürücü kimi yol qəzalarının qurbanı olurlar.

Qeyd olunur ki, təkamül nöqteyi-nəzərindən riskli davranış qadınların diqqətini cəlb etmək və ya digər kişilərlə rəqabətin nümayişidir. Amma araşdırmalar nəticəsində məlum olub ki, yol keçən zaman istənilən cinsdən olan şəxslərin müşahidəsi eksperiment iştirakçılarının riskli davranışlarına heç bir təsir göstərməyib.

Alimlər hesab edir ki, indi kişilərin riskə getməyə hazır olması daha çox sosial amillərlə müəyyən edilir. Komanda 13 qəsəbədə sakinlərin davranışını müqayisə ediblər: “Biz aşkar etdik ki, risk davranışı ərazinin sosial-iqtisadi statusundan çox asılıdır. Maddi vəziyyətin aşağı olduğu ərazilərdə insanlar yolu keçərkən daha çox riskə gedirlər”.

Həmçinin araşdırmalar göstərdi ki, səhər saatlarında işə və ya məktəbə tələsən piyadalar daha çox risk etməyə meyillidirlər.


Müəllif: Arzu

Oxşar xəbərlər